Özündən 30 yaş böyük kişi ilə evlənən, övladı olmayan aktrisamızın ACI TALEYİ

2024 ж. 24 Сәу.
96 662 Рет қаралды

O "Solğun Çiçəklərdə yaratdığı Sara obrazıyla teatr tamaşaçılarının könlündə raxt salmağı bacarıb. Biri var. əməkdar artist Mehriban Abdullayeva.
Mehriban Abdulla qızı Abdullayeva 15 may, 1963-cü ildə Qax rayonunun Ləkit kəndində doğulub. Valideynləri sənət adamı olmasalar da, incəsənəti çox seviblər. Atası Mehribanı tez-tez uşaq tamaşalarına aparırmış. Bu gedişlər Mehribanın teatra, səhnəyə olan marağının yaranmasına səbəb olub.
23 yaşında "Solğun çiçəklər" teletamaşasına çəkilən Mehriban xanım Sara obrazı ilə sənət taleyində ən böyük uğurunu qazanıb. 30 ilə yaxındır həyatını sənətə bağlayan aktrisa bu illər ərzində saysız-hesabız obrazlar yaradıb, amma sənətə vəsiqəsi olan Sara obrazını heç vaxt unutmayıb.
"23 yaşımda oynamışdım Saranı, daxilən əsl Sara idim. Onun kimi saf, sadəlövh, həyatı çəhrayı görən idim. İndi o obrazı oynaya bilmərəm, çünki illər, həyat adamı çox dəyişir, indi daha təcrübəliyəm". - deyirdi.
Universiteti bitirəndən sonra Mehribanı təyinatla Şəkiyə göndərmək istəyiblər. Ancaq o, paytaxtda daha çox uğur qazanacağına inandığı üçün orada işləməkdən imtina edib. Üç il Akademik Milli Dram Teatrına gedib. Amma onu teatrda ştata salmayıblar. Belə olan halda o, Gənc Tamaşaçılar Teatrına üz tutub. Bu teatrda rəhbərlik ona başqa bir iş verib. Mehriban üç ilə yaxın biletlərə nəzarətçi kimi işləyib. Aktrisa keçmiş günləri haqqında deyirdi:
“Orada işləməyə məcbur idim. Çünki başqa çıxış yolum yox idi. Ümid edirdim ki, mən də haçansa səhnəyə çıxacam. Düzdür, mənim üçün çox ağır idi. Hər gecə ağlayırdım. İçimdə bir yanğı var idi sanki. Səhnəyə çıxıb rol oynamaq həsrəti ilə alışıb-yanırdım. Bu həsrətə Ağakişi Kazımov teatra direktor təyin olunandan sonra son qoydu”.
Teatrda fəaliyyətə başlayandan iyirmi il sonra aktrisa özündən 30 yaş böyük olan rejissor Ağakişi Kazımovla ailə həyatı qurub. Uzun illər bir yerdə yaşayan cütlüyün övladı olmayıb. Bu barədə aktrisaya sual verəndə, o, deyib:
“Ağakişi Kazımov mənə həm sənətdə, həm də həyatda dəstək olub. Eşidirdi ki, onunla mənim haqqımda söz-söhbət gəzir, mənə deyirdi, başını sal aşağı, işinlə məşğul ol. Bu barədə heç vaxt açılmazdı. İndi bilirəm ki, o da o söz-söhbətlərdən əziyyət çəkib, amma üzə vurmayıb. Onunla mənim haqqımda yayılan dedi-qodunun heç bir əsası yox idi. İndiyə qədər bu barədə nə o, nə mən danışmışıq. Hər gecə ağlayırdım. Ola bilər, məhz bu şayiələr bizim tez ailə qurmağımıza mane oldu. Bu gün o əsassız söz-söhbətlərin səbəbkarı olan adam həyat yoldaşımdır. Kaş, elə o vaxt - o yersiz söhbətlər yayılan vaxt evlənəydik. Onsuz da, Ağakişi Kazımovu ailəsi atıb getmişdi. Ona qarşı olan sevgim tamam başqa bir şeydir. Ağakişi ilə saatlarla, günlərlə, illərlə durmadan söhbət edək, bezmirik. Sözsüz anlayırıq bir-birimizi. Yaş fərqi məni qorxutmur, onun yaşı 75-i keçib, mənimki 45-i. Yalnız ona peşmanam ki, çoxdan evlənməmişik, indi övladlarımız olardı, illəri bada verməzdik”.
Aktrisa "Yazığam, sevmə məni", "Məhəbbət bir bəladır", "Büllur sarayda", "Mahmud və Məryəm", "Mənim ağ göyərçinim", "Ana laylası", "Şəhidlər", "Qaraca qız", "Zorro", "Əcəl atı", "Romeo və Cülyetta" kimi tamaşalarda maraqlı obrazlar yaradıb.
2021-ci ilin oktyabr ayında həyat yoldaşı Ağakişi Kazımov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Aktrisa həyat yoldaşının ölümündən sonra belə deyib.
“Onsuz həyatı heç vaxt fikirləşməmişdim. Onsuz həyat mənə çox çətin olacaq. Çünki bu neçə il ərzində biz bir dəfə də bir-birimizdən ayrı qalmamışdıq. Son 2 ildə isə o qədər mənə bağlanmışdı ki, təsəvvür edə bilməzsiniz. Bir dəqiqə yanından ayrılan kimi deyirdi ki, “Ay Mehri, ay ceyran”. Ancaq belə çağırırdı məni. Deyirdi ki, yanımdan getmə, sən yanımdan gedəndə qorxuram. Əvvəllər hər zaman deyirdi ki, birdən mənə nəsə olsa, heç vaxt qorxma, məni təmtəraqla sən yola salacaqsan, kişi kimi arxamda durub bu işləri görməlisən. Deyirdim ki, mənə elə söz demə, heç vaxt bunu bacarmaram. Elə bilirdim, zarafatca deyir bu sözləri. Son vaxtlar danışmırdı, fikrini aydın deyə bilmirdi. Nəsə deyirdi, amma başa düşə bilmirdim. Ölümündən bir gün əvvəl çox narahat idi, nəsə demək istəyirdi, amma deyə bilmirdi. Qəfildən dili açıldı və dedi ki, “deyəsən mən ölürəm axı”. Dedim ki, o nə sözdür? Elə şeylər fikirləşmə! Sən məni tək qoyub, hara gedəcəksən?! Gözlərini açdı, mənə baxdı və yumdu. Axşam saat 10 olardı, mənə dedi ki, oturmaq istəyirəm. Çünki bir həftə idi ki, yataq şəraitində idi, oturmağa halı yox idi. Elə bil mənə yalvarırdı ki, oturmaq istəyirəm. Gücüm çatmadı onu otuzdurmağa. Dedim ki, səhər adam tapıb, səni birtəhər otuzduraram. Səhərə kimi sakitcə uzandı. Günorta saat 2 idi ki, artıq dünyasını dəyişmişdi. Peşmananam ki, onu otuzdura bilmədim, bəlkə də, bu onun son arzusu idi.”
2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub 10 dekabr, 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Пікірлер
  • Cox sagolun eziz jurnalistimiz gezel veriliw ucun! Bele veriliwleri tez- tez hazirlayin!

    @maqamaqa6617@maqamaqa661721 күн бұрын
  • Biz onu Sara deyə sevib baxırdıq. Çox sağolun verliş üçün. Davamı gəlsin

    @Bilginize@Bilginize21 күн бұрын
  • Sənətkarlarımız barəsində videolar davamlı olsun👍🏻 Uğurlar

    @smrdv6212@smrdv621221 күн бұрын
  • O vaxtlar da var idi. Gənc qızlar və yaşlı kişilər. Ümid edirəm sevgidir həqiqətən)

    @qarabagazrbaycandr3185@qarabagazrbaycandr318521 күн бұрын
  • Nə qədər sevə-sevə baxırdıq.Can.❤❤

    @zrif4459@zrif445921 күн бұрын
  • Sən bizim gözümüzdə saf,təmiz və gözəl Saramızsan !

    @SeyyareOrucova-vk7qk@SeyyareOrucova-vk7qk21 күн бұрын
  • Gənclikdən gözəl nə var dunyada

    @user-om7ou1py8q@user-om7ou1py8q21 күн бұрын
  • Inaninki bu xanimi hemiwe axtarmiwam.saģ ol oglum.gencliyimizin gòzel xatireleri.

    @AdileAdile-jq1bf@AdileAdile-jq1bf17 күн бұрын
  • Çox sağ olun nizi maarofləndirdiyiniz üçün gözəl aktyorumu tanıtdığınız üçün 👍

    @mominetehmedova858@mominetehmedova85821 күн бұрын
  • Mehriban xanım duruşunu heç vaxt pozmayıb. Halal olsun

    @Xabarman123@Xabarman12321 күн бұрын
  • Çox sağbolun bu xanım haqqında bizə məlumat verdiniz.Elə yaxşı oldu onun haqqında məlumatımız oldu Gözəl xanım gözəl rollar oynayıb Heç vaxt onun oynadığı Saranı unutmuram

    @ZemineAbbasova-xw6eq@ZemineAbbasova-xw6eq21 күн бұрын
  • Adam olmaybda ere gedmeye aktrsa olub neynedin qaydlb eline obana gederdi indi yaxwl aylen uwaqlarl olardl

    @aynuraliyeva-tc1nf@aynuraliyeva-tc1nf21 күн бұрын
  • Çox gözəl oynayıb Saranı.❤❤❤❤❤

    @sahesdealiyeva1774@sahesdealiyeva177418 күн бұрын
  • Hərə bir tale, hərə bir ömür, kimi xoş, kimi acı, bəzən acı, bəzən də şirin tale ilə yaşayan insanlar var. Nə xoş ki, sevgilə yaşamaq. 💐🌺🌹.

    @nesibeesedova2645@nesibeesedova264520 күн бұрын
  • Bu qadın sadəcə sənəti analıq, uşağa məhəbbət hisslərindən üstün tutub, ona görə də özündən 30 yaş böyük tanınmış rejissora ərə gedib. Ən azından qazandığı Bakıda daim iş, yaşayış, mənzil və yəqin ki, ərindən qalan əmlaka qismən varislik.Amma əgər Ağakişi müəllimin birinci ailəsindən ayrılmasına səbəbkar olmayıbsa və onu sonradan səmimi sevibsə, ona əsil ömür-gün yoldaşı olubsa halaldır.

    @abdulgadirhuseynli5783@abdulgadirhuseynli578320 күн бұрын
  • Solğun cicəklərdə saranın Ebdül əmisi varidi .onun haqqındada bir sujet hazırlayın .cox xoş olardı

    @qurbanhuseynov6552@qurbanhuseynov655220 күн бұрын
  • Çox heyif ki bizim aktrisaların taleyi o qədər də xoşagəıən həyatlari yoxdu

    @adilequliyeva8784@adilequliyeva878416 күн бұрын
  • Tesekkur edirik.Aktirisamiz haqqinda melumat verdiniz.

    @user-hy6sk3bq5q@user-hy6sk3bq5q21 күн бұрын
  • Təyinatla Şəkiyə getsəydi 6 ili boşa getməzdi

    @yusifdavud346@yusifdavud34621 күн бұрын
  • Cox sevdiyim sənətgar .əsl Azərbaycan xanımının obrazını yaşadıb sara rolunda .

    @qurbanhuseynov6552@qurbanhuseynov655221 күн бұрын
  • allah can sagligi versin ❤❤

    @zulfiyyekerimova4332@zulfiyyekerimova433221 күн бұрын
  • Allah rəhmət eləsin Ağakişi müəllimə.Yaxşı adam idi.Mehriban xanım da gözəl xanımdır.

    @ceyranmxnaqrupu1439@ceyranmxnaqrupu143921 күн бұрын
  • Siz bizi lap uşaqlığımıza apardığı çox sağolun illər keçsə d ə mehriban xanımı simasından tanıdım sarayın məzlum sifəti😢

    @SsmSung-sv8kw@SsmSung-sv8kw20 күн бұрын
  • Aaa Qaxlı 😮😮 yerlim olduğnu bilmirdim

    @cnanomarova5865@cnanomarova586519 күн бұрын
  • ÖLMƏZDƏN ƏVVƏL XƏSTƏLƏR HAVAYA CIXMAQ BƏZİ OTURMAQ İSTƏYİR. CALIŞASAN KÖMƏK EDƏSƏN SON ARZULARINA CATSINLAR. ALLAH HAMISINA RƏHMƏT ELƏSİN. AMİN

    @gultekinmahmudova6814@gultekinmahmudova681421 күн бұрын
  • Həmisə Saranın məsum təbəssümünü görmək istəyirdim 14,15 yaşım vardı tamaşaya baxanda axtarırdım axırki baxdim

    @ilknursarisoy8681@ilknursarisoy868121 күн бұрын
  • Çox gözəl xanımdır

    @IlkinMustafayev-sy4si@IlkinMustafayev-sy4si21 күн бұрын
  • Başa düşmədim şəkidəki xanımı Firəngiz Mütəllimovaya oxşatdım

    @gulusmemmedova9877@gulusmemmedova987720 күн бұрын
  • Qozal xanim qozal sanatkarimiz

    @samirramil7777@samirramil777721 күн бұрын
  • Cox semimi aktirisadir😊

    @fizulisuleymanov7069@fizulisuleymanov706921 күн бұрын
  • Mehriban xanım cox sevdiyimiz sənətkardır!

    @user-wt4lb1fn9b@user-wt4lb1fn9b21 күн бұрын
  • Әvvәlki aparacı qardaş möhtәşәm idi😢

    @emireleyhissalm1@emireleyhissalm110 күн бұрын
  • Çox kövrəldim, A.Kazımov çox nurani, istiqanlı, sözü üzə dik deyən, kövrək, yeri gələndə əsəbi, bir kişi idi.Şəxsən onu çox sevirdim. Danışıqları, səs tonu , o qədər həyatı, canq lı, obrazlı idi ki, saatlarla ona qulaq asmaq istəyirdim. Səhv etmirəmsə, gənc yaşlarında, bambıqçı Sevil Qazıyeva ilə ( faciəli ölümü) onu bu arzusundan uzaq düşüb. Qaldı sevgi ,məhəbbət , istək, heç vaxt nə yaşa baxır, nə ağıla. Təki cütlük özü bir birlərinə sahib çıxsınlar. Allah ona rəhmət eləsin.

    @IntiqamMuhmmd-bp5cp@IntiqamMuhmmd-bp5cp19 күн бұрын
  • O ındı də sevılməyə layıqdır gözəl xanimdir.

    @AccountTecno@AccountTecno19 күн бұрын
  • Niyə oğlunu çağırmadın nər boyda İlqar yanında idi axı nəvələri var İbrahim, qızda həyat yoldaşının adını daşıyır..

    @mahiramirzoeva4251@mahiramirzoeva425120 күн бұрын
  • 30 ildən çoxdur.nə danışıqsız?33 ildir mən sənətdəyəm.o tamaşa olanda mən orta məktəbdə oxuyurdum.

    @ceyranmxnaqrupu1439@ceyranmxnaqrupu143921 күн бұрын
  • 14 il evvel savetskide marketde isliyirdim Mehriban xanim ve rehmetliy Nuriyye Ehmedova markete gelirdiler olduqca sade insanlardi

    @valdakhanjanova7212@valdakhanjanova7212Күн бұрын
  • Coxx maragli oldu bu melumat

    @user-wm3yx8hb4z@user-wm3yx8hb4z15 күн бұрын
  • Solgun cicekler

    @user-fh8pg6nf8b@user-fh8pg6nf8b21 күн бұрын
  • Halal olsun,saf , təmiz xanımlar da var.

    @nergizquliyeva5379@nergizquliyeva537920 күн бұрын
    • Çox təmiz..

      @mahiramirzoeva4251@mahiramirzoeva425120 күн бұрын
  • Nəsə səmimiyyətə inanmaq olmur

    @samirerustamova9071@samirerustamova907121 күн бұрын
  • Bu cür başlıqlar yazmayın … Acı tale niye .. Bu sadece taledi .. Sevdiyi insanla aile qurub , hörmetli rejissorumuzla .. Heyatının rolunu da Solğun Çiçekler tamaşasında oynayıb..

    @miracan269@miracan26921 күн бұрын
  • S Həmışə sevə-sevə baxardim.Sara obrazını lap cox svirdim elə indidə

    @6wuwuwuwha@6wuwuwuwha6 сағат бұрын
  • Səhnəmizin sarasi

    @zabitanas5210@zabitanas521021 күн бұрын
  • Bəli Sara obrazıynan tanınan Mehriban xanım çox sevmişdim onu.

    @nanasefereliyeva3334@nanasefereliyeva333420 күн бұрын
  • Yaşlı kişi qızı yaşında olanı alırsa eqoistdir deməkdir, qızı bədbəxt edir Qız da şah şöhrət eşqinə qoca kişiyə ərə gedir 🤦‍♀️

    @Zulia_Adel@Zulia_Adel13 күн бұрын
  • Şəhərdə qalıb nə uğur qazandı ki..? Hər halda Şəkidə öz sənəti üzrə aktrisa işləmək daha yaxşı olardı, nəinki Bakıda qalıb bilet nazarətçisi olmaq.

    @riririririri1761@riririririri176121 күн бұрын
  • He bizim yanlmıza gəlirdi görürdük Əhmıdliyə bir yaşlı kişi ilə

    @idealtelecom3991@idealtelecom3991Күн бұрын
  • Gozel.SARAMIZ BUTUN ROLLARINI BEYENIREM

    @user-wm3yx8hb4z@user-wm3yx8hb4z15 күн бұрын
  • Bir az inkişaf edin,Aktrisaya aid sekiller gösterin,

    @heyrannarin6481@heyrannarin648114 күн бұрын
  • İNSTİTİTDA OXİYANDA ÇOX YAXIN MÜNASİBƏTİMİZ VARDI,

    @bestechservice2308@bestechservice230814 күн бұрын
  • niyə qızların çoxu ya müğənni ya da aktrisa olmaq həvəsində olur

    @tbiiyonulmayandaslardancic4578@tbiiyonulmayandaslardancic457819 күн бұрын
  • Yaziğin isteyi adı bir şey imiş. Ne olardi ki,bir qonsudan kimseni cagirib oturtsaydı ve yaxud qaldirici carpayi alsaydı. Üzüldüm de...Uca Allahü teala haqq dünyasını gözel etsin. Amin! Hanımına da rahat, sebirli, imanlı bir ömür versin.Amin!

    @selimenikbin958@selimenikbin95819 күн бұрын
  • Medeni- Maarif kollecinde Arysiya adli cox gizel bir muellime vardi Dediler Aqakusi Kazimivun arvadidir Gozunde derin keder vardi qadinin Bu olub 1977 de

    @user-yh5zv7kd7q@user-yh5zv7kd7q15 күн бұрын
    • Adı Arusya idisə,deməli erməni olub

      @frhfrid4527@frhfrid452714 күн бұрын
  • Heyif Gürşad xanimdan

    @konulmusayeva4093@konulmusayeva409320 күн бұрын
    • Bu kiwi Gulwad x er deyil o Huseynaqa idi atakiwiyev Aqakiwiyev

      @Sevdaaayahiyevaa0@Sevdaaayahiyevaa02 күн бұрын
    • Ad eynidi Familya Aqakiwi ve Atakiwi

      @Sevdaaayahiyevaa0@Sevdaaayahiyevaa02 күн бұрын
  • Mehribana pozgun yazanin ele ozu pozgundir Yaxsi eleyib 75 yasa qeder taninmis rejissoru o yasadib

    @zuleyxaehmedova8238@zuleyxaehmedova823820 күн бұрын
  • Mən də 19963 təvəllüdəm,61 yaşım var xanımın 45 necə olur nə danışırsan

    @gulnareisaxeliyeva7484@gulnareisaxeliyeva748420 күн бұрын
    • 19963😂

      @elminaskerli9105@elminaskerli910518 күн бұрын
    • Ağakişi Kazımovla evlənəndə 45 yaşı olub

      @saranur2122@saranur212214 күн бұрын
  • Mehriban utanib olmur atasi yawda kiwiynen evlenib pozqun

    @lacinabbasova7978@lacinabbasova797821 күн бұрын
    • Mehriban xanim yasli adama ere getdiyi ucunmu bele yazmisiz? Cunki hec kesden onun haqqinda bele sey esitmemisem

      @elmiramamedova9982@elmiramamedova998221 күн бұрын
    • Utanmırsan yaşlı adama getmək pizğunluqdi bəyəm Pizğunluq başqa şeydi.Necədə başqası haqqında bilmiyə bilmiyə belə ağır sözlər yazırsan.Heç Allahdan qorxmursan? Ayıb olsun.

      @c.a.l.m.s.1952@c.a.l.m.s.195221 күн бұрын
    • O pozğun deyil ailə girib bəxt yazı 🎉

      @helpdeskservice@helpdeskservice21 күн бұрын
    • Mən bütün mehrilsri sevirəm çünki məndə mehribana

      @helpdeskservice@helpdeskservice21 күн бұрын
    • ​@@c.a.l.m.s.1952 ZAQS-ı olub? Atakişiyev Kazımovun. Ondan böyük uşaqları var. Ailəsi niyə atıb sənin kimilər teatrda növbədə dayanmışdız onun altına uzatmaqdan ötrü

      @mahiramirzoeva4251@mahiramirzoeva425120 күн бұрын
  • Sizlərə də qismət aci tale....talelər qirasiz...ondan ötrü...😂😂😂😂😂🤪😜

    @metanetmirzoyeva7135@metanetmirzoyeva713521 күн бұрын
    • "Bəla oxuyan bəla tapar" deyib atalar. Siz də öz mədəniyyətinizi göstərdiniz. Rəylərə baxdıqda isə xalqın sevgisini gördük Mehriban xanıma qarşı

      @qarabagazrbaycandr3185@qarabagazrbaycandr318521 күн бұрын
KZhead